Axtarışda olan 61 nəfər saxlanılıb

Axtarışda olan 61 nəfər saxlanılıb
  29 İyun 2020    Oxunub:2403
Ötən gün ərzində törədilmiş 40 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti