ÜST rəsmisi: “Qarşımızda çox uzun yol var”

     ÜST rəsmisi:    “Qarşımızda çox uzun yol var”
  29 İyun 2020    Oxunub:12153
Koronavirus onu dayandırmağı bacarana qədər həyatımızda olmağa davam edəcək. Bunu başa düşməliyik.

Azvision.az -ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı deyib. Onun sözlərinə görə, qarşımızda çox uzun bir yol var:
"Xoşumuza gəlməyən, öyrəşmədiyimiz, bizim üçün çətin olacaq işləri görmək məcburiyyətində olacağımız aylar var. Başqa bir qısa yolu yoxdur. Hər kəs sosial məsafəni qoruyub saxlasın, əllərini yusun, maska ​​taxsın. Tibb işçiləri, test edin, özünüzü təcrid edin, təmaslarınıza diqqət edin. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik".

Aytən Zəhra
Azvision.az



Teqlər: ÜST   Azərbaycan  





Xəbər lenti