Pandemiya qurbanlarının sayı 500 mini ötdü
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 10 milyon 86 min 969, pandemiya qurbanlarının sayı isə 501 min 393 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 213 ölkədə qeydə alınıb.
Son günlər dünyanın bir çox ölkələrində virusa yoluxma sayında yenidən artım müşahidə edilir.
Azvision.az
Teqlər: Koronavirus Pandemiya