Ermənistanda daha bir neçə deputat koronavirusa yoluxub

Ermənistanda daha bir neçə deputat koronavirusa yoluxub
  25 İyun 2020    Oxunub:3395
Ermənistan parlamentinin daha bir neçə deputatı yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az "News.am"a istinadən xəbər verir ki, bu barədə hakim "Mənim addımım" blokunun rəhbəri Lilit Makunts deyib.

“Dünən bir millət vəkilinin koronavirusa yoluxduğunu söylədim, daha sonra digərlərinin də analizlərinin cavablarını aldıq. İndi deyə bilərəm ki, daha 3 deputatda yoluxma aşkarlanıb, lakin onların adlarını açıqlaya bilmərəm”, - deyə Makunts əlavə edib.

Xatırladaq ki, bundan əvvəl hakim blokun bir sıra deputatlarının koronavirusa yoluxduğu bildirilib. Həmçinin, “Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan vitse-spiker Vahe Enfiacyanın da testinin nəticəsi müsbət olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: LilitMakunts  





Xəbər lenti