“Azərbaycanla sərhəddə heç bir problem yoxdur” - İran generalı

“Azərbaycanla sərhəddə heç bir problem yoxdur”  -  İran generalı
  25 İyun 2020    Oxunub:2619
İran və Azərbaycan sərhədləri sülh, dostluq sərhədləridir.

Azvision.az xəbər verir ki, bunu İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandiri, general Əhməd Əli Qudərzi Nəmin şəhərində İran-Azərbaycan sərhəd-buraxılış məntəqələrinə baxış zamanı bildirib.
O deyib ki, İranla Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir, iki qonşu ölkənin müştərək sərhəddində heç bir problem yoxdur.

“Uzun illər ərzində iki ölkə arasında sərhədlə bağlı hər hansı bir xüsusi məsələ yaranmayıb və hər iki tərəf bağlanmış müqavilələrə riayət edib. Ərdəbil əyalətində də sərhədlə bağlı problem mövcud deyil. Ərdəbil təhlükəsiz regiondur.

Ölkənin hər yerində sərhədçilərin sayıqlığı və səyləri nəticəsində İranın sərhədləri tam təhlükəsiz vəziyyətdədir", - deyə iranlı general vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Azərbaycan  





Xəbər lenti