Türkiyədə koronavirusdan daha 24 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 24 nəfər ölüb
  25 İyun 2020    Oxunub:2617
Türkiyədə son sutka ərzində 24 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, 1492 yeni yoluxma faktı qeydə alınıb. Bununla Türkiyədə pandemiya qurbanlarının sayı 5025, virusa yoluxanlar isə 191 657 nəfərə çatıb.

Türkiyədə indiyədək 164 234 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti