BMT-nin baş katibi İsrail və Fələstini dialoqa çağırdı

BMT-nin baş katibi İsrail və Fələstini dialoqa çağırdı
  24 İyun 2020    Oxunub:2900
BMT-nin baş katibi Antonio Quterreş İsrail və Fələstin liderlərini konstruktiv dialoqa başlamağa çağırıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş katib BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

“İsrail və Fələstin liderlərini beynəlxalq ictimaiyyətin dəstəyi ilə konstruktiv dialoqa başlamağa çağırıram", - deyə Quterreş bildirib.

Qeyd edək ki, mayın sonlarında İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində İsrailin suverenliyinin genişləndirilməsinin 1 iyulda başlayacağını və bu tarixin dəyişdirilməyəcəyini bildirmişdi.

Daha sonra ölkənin Su resursları naziri Zeev Elkin vurğulayıb ki, İordan çayının qərb sahilində İsrailin suverenliyinin genişləndirilməsi bir neçə gün və ya bir həftə gecikə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AntonioQuterreş  





Xəbər lenti