ABŞ-da bir gündə 826 nəfər infeksiyadan öldü

ABŞ-da bir gündə 826 nəfər infeksiyadan öldü
  24 İyun 2020    Oxunub:2653
ABŞ-da son sutkada COVID-19 virusuna 34 720 nəfər yoluxub, infeksiyanın yaratdığı xəstəlikdən isə 826 nəfər ölüb.
Azvision.az xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,3 milyonu ötüb.

Bunlardan 121 mindən çoxu ölüb, 647 mindən çox xəstə isə sağalıb.

Bundan başqa, ABŞ-ın yeddi ştatında rekord sayda yoluxma qeydə alınıb. Ötən gün Texasda 5 489, Kaliforniyada 5 019, Arizonada 3 591, Arkanzasda 595, Cənubi Karolinada 890, Şimali Karolinada 848, Tennessedə 750 yoluxma aşkarlanıb.

Azvision.az



Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti