Ermənistanda daha iki deputat koronavirusa yoluxdu

Ermənistanda daha iki deputat koronavirusa yoluxdu
  24 İyun 2020    Oxunub:3467
Ermənistan parlamentinin iki deputatında koronavirus infeksiyası aşkarlanıb.
Azvision.az xəbər verir ki, onlardan biri hakim “Mənim addımım” blokunun deputatı Kristina Poqosyandır. O, hazırda özünü normal hiss etdiyini deyib.

"Mən şok yaşadım, çünki çox ehtiyatlı idim", - erməni deputat bildirib.

Hakim blokun digər deputatı Viktor Yenqibaryan da koronavirusa yoluxub.

“Dünən koronavirus üçün test verdim, nəticə müsbət oldu. Evdə özümü təcrid etmişəm. Görünür, hansısa məqamlarda qaydalara düzgün riayət etməmişəm”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Çiçəklənən Ermənistan" fraksiyasından olan vitse-spiker Vahe Enfiacyanın da koronavirusa yoluxduğu açıqlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ViktorYenqibaryan  





Xəbər lenti