İranda COVID-19 qurbanlarının sayı 10 minə çatır

 İranda COVID-19 qurbanlarının sayı 10 minə çatır
  24 İyun 2020    Oxunub:2837
İranda son sutka ərzində daha 2531 nəfər yeni növ koronavirusa yoluxub, ölkədə ümumi yoluxma sayı 212 501-ə çatıb.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bir gündə 133 nəfər virusa yoluxmadan dünyasını dəyişib.

Ölkədə pandemiya qurbanlarının ümumi sayı 9996 nəfərdir. İndiyədək 172 096 xəstə infeksiyadan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti