Koçaryan hakimiyyətə qarşı Sarkisyanla birləşir

Koçaryan hakimiyyətə qarşı Sarkisyanla birləşir
  24 İyun 2020    Oxunub:7109
Həbsdən yenicə azad edilmiş Ermənistanın keçmiş prezidenti Robert Koçaryan üçüncü prezident Serj Sarkisyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, Koçaryan girov müqabilində azadlığa çıxdıqdan sonra həm müalicəsini davam etdirir, həm də tərəfdarları, müxalifət liderləri ilə aktiv şəkildə görüşlər keçirir.

“Keçmiş prezidentlər arasındakı münasibətlər olduqca mürəkkəbdir, lakin onlar fikir ayrılıqlarını aradan qaldırmalı və birgə fəaliyyət planı hazırlamalı, eyni zamanda müxalifətin birliyinə nail olunmasını başa düşürlər. Yalnız bunun dövlət üçün dağıdıcı ola biləcək bir şəxsin hakimiyyətinin qurulması prosesini dayandırmağın yeganə yol olduğunu dərk edirlər", - deyə nəşr vurğulayıb.

Koçaryanın ofisindən isə mövzunu şərh etməyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SerjSarkisyan  





Xəbər lenti