Pandemiya qurbanları: Ən çox ölüm qeydə alınan ölkələr

 Pandemiya qurbanları:  Ən çox ölüm qeydə alınan ölkələr
  23 İyun 2020    Oxunub:4674
Rusiya koronavirusdan ölənlərin sayına görə dünyada 14-cü yerdədir.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilir ki, pandemiya qurbanlarının sayına görə ABŞ birinci sıradadır - bu ölkədə 120,4 min nəfər ölüb, ardınca Braziliya (51 271), Böyük Britaniya (42 731), İtaliya (34 657), Fransa (29 666), İspaniya (28 324), Meksika (22 584), Hindistan (14 011), İran (9 742), Belçika (9 696), Almaniya (8 899), Kanada (8 494), Peru (8 223) və Rusiya gəlir. Rusiyada indiyədək 8196 koronavirus xəstəsı həyatını itirib.

Eyni zamanda, qonşu Rusiya COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada üçüncü yeri tutur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   yoluxma  





Xəbər lenti