Koreya sərhədlərinə səsucaldan cihazlar quraşdırılır

Koreya sərhədlərinə səsucaldan cihazlar quraşdırılır
  22 İyun 2020    Oxunub:2532
Şimali Koreya (KXDR) Cənub Koreya ilə sərhədə yenidən səsucaldan cihazlar quraşdırır.
Azvision.az xəbər verir ki, bu barədə “Ronhap” agentliyi hərbi mənblərinə istinadən məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya hərbçiləri Şimali Koreya qoşunlarının yerləşdiyi ərazilərdə fəallıq hiss ediblər. Cihazların silahsızlaşdırılmış zonada bir neçə nöqtəyə yerləşdirildiyi bildirilir.

Fakt öz təsdiqini taparsa, Cənubi Koreya hərbçiləri də müvafiq addımlar atacaqlar.

Qeyd edək ki, Cənubi Koreyadan KXDR-a təbliğat xarakterli bülletenlərin atılması iki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb olub.

Şimali Koreya tərəfi dəfələrlə bu cür hərəkətlərin dayandırılmasını tələb etsə də, buna məhəl qoyulmayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ŞimaliKoreya   CənubiKoreya  





Xəbər lenti