“Hücumlara məruz qalacaqlar” – Kamal Abdulla

“Hücumlara məruz qalacaqlar” – Kamal Abdulla
  15 Yanvar 2014    Oxunub:1677
Kamal Abdulladan yazarlara eyham
Bakı Slavyan Universitetinin (BSU) rektoru, yazıçı Kamal Abdulla haqqında səslənən iradlara cavab verib. AzVision.az-ın məlumatına görə, rektor dilçilərin əsassız hücumlara məruz qalacağını bildirib.

`Əlindəki qələmi artıq inamla tutan yazar bilməlidir ki, nəhayət, qrammatika kitablarının icazəsindən, ütüsündən çıxan klassik cümlə qəliblərini unutmalıdır. Bəli, dilçilərin və dilçi olmayanların, dili bilənlərin, dili duyanların və daha çox dili bilməyənlərin, duymayanların əsaslı, əsassız hücumlarıyala üzbəsurət qalacaqlar`,- deyə o, özünün Facebook səhifəsində yazıb.

Amma rektorun firincə, başqa çıxış yolu yoxdur: `Dil inkişafı dediyimiz dirçəlişin yolu burdan başlayır. Adamların bütü olduğu kimi cümlələrin də büt variantı, yəni klassik qəlibi var. Onu da dağıtmaq, ən azı buna cəhd eləmək lazımdır. Baxın, görün, Azərbaycan dilinin o gözəl potensialında var-gəl edib ləzzət ala bilirsinizmi?!”-deyə K.Abdulla qeyd edib`.

AzVision.az


Teqlər:  





Xəbər lenti