Çində daha 26 nəfər koronavirusa yoluxub

Çində daha 26 nəfər koronavirusa yoluxub
  21 İyun 2020    Oxunub:2522
Çində son sutkada yeni növ koronavirusa 26 yoluxma qeydə alınıb, daha 6 simptomsuz hal aşkarlanıb.
Azvision.az Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, 22 yoluxma paytaxt Pekində, 3-ü Hubey əyalətində aşkar edilib, digər yoluxma halı ölkəyə idxal olunub.

Ötən sutka virusdan ölən olmayıb.

Xatırladaq ki, indiyədək Çində 4634 nəfər koronavirusun qurbanı olub, ümumi yoluxma sayı 83 378 nəfərdir.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti