`Qızıl top` Ronaldunu ağlatdı- VİDEO
28 yaşlı portuqaliyalı futbolçu milli yığmaların məşqçiləri və kapitanları, habelə mətbuat nümayəndələri arasında səsvermənin yekunlarına əsasən qalib gəlib. Bu fəxri mükafata argentinalı Lionel Messi (“Barselona”) və fransız Frank Riberi də (“Bavariya”) iddia edirdi.
Ronaldu mükafatı aldıqda yaxınları ilə birgə sevinc göz yaşlarını gizləə bilmədi.
Ronaldu 2013-cü ildə öz klubunun və milli yığmanın heyətində keçirdiyi 56 matçda 66 qol vurub. 2014-cü il dünya çempionatı ərəfəsində İsveç yığmasına qarşı seçmə yarışda vurulmuş dörd qolun hamısının müəllifi Ronaldu olub. Beləliklə o, öz yığması üçün dünya birinciliyinə vəsiqə alıb.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Fransada çıxan “France Football” nəşri ilə birlikdə artıq dördüncü dəfədir ki, “Qızıl top” mükafatını təqdim edir.
2010-cu ildən bəri bu mükafatı hər il Messi alırdı.
Qeyd edək ki, Ronaldu 2008-ci ildə “France Football” nəşrinin “Qızıl top” mükafatını alıb. O vaxt “Qızıl top” mükafatı hələ FİFA-nın “İlin oyunçusu” mükafatı ilə birləşdirilməmişdi. Riberi üçün isə ilin ən yaxşı oyunçuları üçlüyünə daxil olmaq belə bir ilkdir.
Ən yaxşı qadın futbolçu titulu Almaniya yığmasının qapıçısı Nadin Angererə nəsib olub. Münxenin “Bavariya” klubunun keçmiş məşqçisi Yupp Haynkes isə ən yaxşı məşqçi hesab edildi.