Vasif Talıbov uşaqlarla şəkil çəkdirdi

Vasif Talıbov uşaqlarla şəkil çəkdirdi
  15 Yanvar 2014    Oxunub:1900
Naxçıvanda uşaq bağçası istifadəyə verildi.
Naxçıvan şəhərində 5 nömrəli uşaq bağçası istifadəyə verildi.
AzVision.az xəbər verir ki, Yanvarın 14-də Naxçıvan şəhərində 5 nömrəli uşaq bağçasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov deyib ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Naxçıvan şəhərini də əhatə edib. Ötən il Naxçıvan şəhərində 1 məktəbəqədər tərbiyə müəssisəsi, 2 məktəb binası, 2 musiqi məktəbi, mədəniyyət və səhiyyə müəssisələri, yaşayış kompleksi, park və xiyabanlar, eləcə də yeni inzibati binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Aparılan quruculuq işləri zamanı məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi, uşaq bağçaları üçün yeni binaların tikilib istifadəyə verilməsi də diqqət mərkəzində saxlanılıb. Bu gün istifadəyə verilən 5 nömrəli uşaq bağçasının binası da ən müasir tələblərə cavab verir.

Zirzəmisi ilə birlikdə 4 mərtəbədən ibarət olan uşaq bağçası 242 yerlikdir.

Binada müxtəlif yaş qruplarından olan uşaqlar üçün yataq və soyunub-geyinmə otaqları, oyun zalları, tədbirlər zalı, valideynlər otağı, yeməkxana, bufet, metodist və həkim otaqları, dərzi, anbar və camaşırxana var.
Bağçada uşaqların dünya görüşünün hərtərəfli formalaşdırılması, onların məktəbə hazırlıq səviyyələrinin artırılması və mənalı istirahəti üçün lazımi şərait yaradılmışdır. Burada 11 qrupda 242 uşağın təlim-tərbiyəsi ilə 17 tərbiyəçi-müəllim məşğul olur.

Ali Məclisin Sədri uşaqlarla şəkil çəkdirdi.

Qeyd edək ki, binanın həyətində də abadlıq işləri görülüb. Burada əyləncə qurğuları quraşdırılıb və istirahət guşəsi yaradılıb.


Teqlər:  





Xəbər lenti