Ukraynada karantin iyulun sonuna kimi uzadılır

Ukraynada karantin iyulun sonuna kimi uzadılır
  17 İyun 2020    Oxunub:2478
Ukraynanın Nazirlər Kabineti koronavirusla əlaqəli adaptiv karantini iyulun 31-dək uzatmaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Denis Şmıqal hökumətin iclasında deyib.

"Bu gün biz adaptiv karantini iyulun 31-dək uzadacağıq", - deyə Baş Nazir vurğulayıb.

O, əlavə edib ki, zərurət yaranarsa, hökumət müəyyən bölgələrdə gücləndirilmiş karantin tətbiq olunmasını nəzərdən keçirəcək. Bu məsələ kabinetin iclasına təqdim edilib.

Xatırladaq ki, Ukrayna hökuməti mayın 21-də adaptiv karantinə keçmək barədə qərar qəbul edib. Qərara əsasən, əlverişli epidemiya vəziyyəti olan bölgələrdə antiepidemiya tədbirlərinin yumuşaldılması ilə paralel olaraq karantin müddəti 22 maydan 22 iyuna qədər uzadıb.

Ukrayna Prezidenti Vladimir Zelenski COVID-19 ilə mübarizə aparmaq üçün gündəlik toplantıda ölkədə son gündə 31 nəfərin koronavirusdan ölməsindən narahatlığını ifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DenisŞmıqal  





Xəbər lenti