Koreya yarımadasında gərginlik artır

 Koreya yarımadasında gərginlik artır
  17 İyun 2020    Oxunub:1802
Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasında gərginlik artır.
Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın Baş Qərargah Rəisləri Birgə Komitəsinin hərbi əməliyyatlar şöbəsinin komandiri Çon Don Cjin bildirib ki, KXDR-ın iki ölkə arasında sülh razılaşmasına əməl etməmək qərarı narahatlıq doğurur:

“Hərbi əməliyyatlar başlasa, rəsmi Pxenyan lazımi cavabı alacaq. KXDR-ın əməlləri 20 ildən artıq müddətdə Koreya yarımadasında sülhün qorunması sahəsində əldə edilmiş bütün nəticələri və səyləri məhv edir”.

Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə sərhəddə yerləşən Keson şəhəri və Kımqansan (Almaz dağları) kurort zonası ətrafına qoşun yeridib.

Azvision.az


Teqlər: Koreya  





Xəbər lenti