Koronovirusa görə Çinin bir şəhərində hərbi vəziyyət elan edildi

Koronovirusa görə Çinin bir şəhərində hərbi vəziyyət elan edildi
  15 İyun 2020    Oxunub:13739
Çinin Hubey əyalətinin Baodin şəhərində hərbi vəziyyət rejimi elan edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Pekinin “Sinfandi” ət və kənd təsərrüfatı məhsullarının topdansatış bazarında koronavirusa yoluxma hallarının aşkar edilməsi olub.

Hökumət Baodinin Pekinə yaxın olmasını və insanların şəhərlərarası aktiv hərəkətini əsas götürərək belə bir qərar qəbul edib.

Qeyd edək ki, Baodində 11,5 milyondan çox insan yaşayır, şəhər Pekindən 140 kilometr məsafədə yerləşir.

Pekinin Fentay rayonunda yerləşən "Sinfandi" ət və kənd təsərrüfatı məhsullarının topdansatış bazarı iyunun 13-də bir neçə işçidə koronavirus aşkar edildikdən sonra bağlanıb. Bazara gələn 517 nəfərdən 45-i virusa yoluxub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   Pekin  





Xəbər lenti