Gürcüstanda COVID-19-a yoluxanların sayı 879-a çatdı

Gürcüstanda COVID-19-a yoluxanların sayı 879-a çatdı
  15 İyun 2020    Oxunub:3090
Gürcüstanda son sutka ərzində koronavirusa 15 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 879-a çatıb.

Hazırda Gürcüstanda 2710 nəfər karantində saxlanılır, 267 xəstə stasionar şəraitdə müalicə olunur. Bu günə kimi 704 nəfər infeksiyadan sağalıb, 14 xəstə vəfat edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   virus  





Xəbər lenti