Hindistanda rekord sayda yoluxma qeydə alındı

Hindistanda rekord sayda yoluxma qeydə alındı
  15 İyun 2020    Oxunub:2819
Hindistanda son sutka ərzində 11,5 min nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 332 min 424 nəfərə çatıb. Hazırda xəstəxanalarda 153 min 106 xəstə müalicə alır, 169 min 797 nəfər sağalıb. Pandemiya qurbanlarının sayı 335 nəfər artaraq 9530-a yüksəlib.

Hindistan koronavirusa yoluxanların sayına görə dünyada 4-cü yerdədir.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti