Berti Foqts Roberto Karlos ilə görüşüb

Berti Foqts Roberto Karlos ilə görüşüb
  14 Yanvar 2014    Oxunub:1165
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Roberto Karlos ilə görüşüb.
Türkiyənin Antalya şəhərində olan futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların məşqini və yoxlama oyunlarını izləməklə yanaşı, tanınan mütəxəssislərlə də görüş keçirir.

AFFA-dan AzVision.az -a bildiriblər ki, almaniyalı mütəxəssis bu dəfə Braziliya futbolunun canlı əfsanəsi və 2002-ci ildə dünya çempionu olan, hazırda Türkiyə Superliqasında çıxış edən “Sivasspor” klubunun baş məşqçisi Roberto Karlos ilə görüşərək fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Cihan Özkara “Sivasspor” klubunun futbolçusudur.


Teqlər:





Xəbər lenti