`Xəzər-Lənkəran` Tomiçi aldı
Klubdan AzərTAc-a bildiriblər ki, 30 yaşlı futbolçu ölkəsinin “Split”, “Medimurye” və “Hayduk Split” komandalarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatı yaşamışdır. Türkiyə Superliqası təmsilçisi “Karabükspor”un heyətində üç mövsüm ərzində 80-ə yaxın oyunda forma geyinən qolkiperin son klubu Moldovanın “Şerif” kollektivi olub.
Qapıçı ilə “Xəzər-Lənkəran” arasında bir il müddətinə müqavilə imzalanmışdır.
Teqlər: