“Səhvlərimi etiraf edirəm” - Erməni nazir üzr istədi

“Səhvlərimi etiraf edirəm” -  Erməni nazir üzr istədi
  11 İyun 2020    Oxunub:3004
Ermənistanın səhiyyə naziri Arsen Torasyan koronavirusla mübarizədə səhvlərini etiraf edib və verdiyi bəzi şərhlərə görə üzr istəyib.

Azvision.az xəbər verir ki, nazir bu barədə “Facebook”da canlı yayım zamanı bildirib.
"Səhvlərimi etiraf edirəm və hətta üzr də istəyə bilərəm. Ancaq həqiqət budur ki, düşmənimizin kim olduğu barədə heç bir təsəvvürümüz yox idi. Əvvəlcə bizə elə gəldi ki, onun, belə deyək, beş tankı var. Və şəxsən mən koronavirusa yoluxmayan insanların maska taxmalarının heç bir mənası olmadığını söylədim. Çünki tibb işçilərinin daha çox buna ehtiyac duyduqlarına inanırdım. Lakin düşmənin 45 tankı olduğu məlum oldu və indi biz bütün dünya kimi tövsiyə edirik ki, insanlarımız maskalardan istifadə etsinlər", - erməni nazir etiraf edib.

İyunun 10-a olan məlumata görə, Ermənistanda koronavirus infeksiyasına 14 103 nəfər yoluxub, 227 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArsenTorasyan  





Xəbər lenti