Zelenski karantini pozduğuna görə cərimələndi

Zelenski karantini pozduğuna görə cərimələndi
  10 İyun 2020    Oxunub:6158
Ukrayna Prezidenti Vladimir Zelenski karantin qaydalarını pozduğuna görə cərimələnib.

Azvision.az "Ukrinform"a istinadən xəbər verir ki, Zelenski 3 iyunda Xmelnitskidə kafedə olub. Onunla bərabər daha beş nəfər kafedə eyni masada əyləşib və kofe içiblər.
Həmin şəxslərin arasında Prezident Aparatı sədrinin birinci müavini Sergey Trofimov, Xmelnitskiy regional dövlət administrasiyasının sədri Dmitri Qabinet, şəhər meri Aleksandr Simçişin və baş sanitar həkim Viktor Lyaşko olub.

Həmin vaxt hökumət iyunun 5-dək ictimai iaşə xidmətinin göstərilməsini qadağan edib. Yalnız yay məkanlarına işləməyə icazə verilib və dörd nəfərdən çox adamın eyni masada əyləşməsinə qadağa qoyulub.

Xatırladaq ki, Ukraynada karantin qaydalarının pozulmasına görə cərimə 17 min qrivnadır (630 dollardan çox). Zelenski karantini pozduğu təqdirdə, cərimə ödəməyə hazır olduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti