Los-Ancelesdə komendant saatını pozanlar bağışlandı

Los-Ancelesdə komendant saatını pozanlar bağışlandı
  09 İyun 2020    Oxunub:2321
Los-Anceles səlahiyyətliləri afroamerikalı Corc Floydun ölümündən sonra baş vermiş iğtişaşlara görə tətbiq olunan komendant saatını pozanları məsuliyyətə cəlb etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə şəhər prokuroru Mayk Foyer “Twitter”də yazıb.

O bildirib ki, dinc etirazçılara qarşı cəza üsulu tətbiq olunmayacaq.

“Mən Los-Anceles prokurorluğunun bu günlərdə zorakılıq, vandalizm və soyğunçuluq ehtiva etmədiyi təqdirdə, son etirazlar zamanı komendant saatını pozan şəxslərin cəzalandırılmaması qərarını tamamilə dəstəkləyirəm”, - şəhər meri Erica Qarsetti bildirib.

Xatırladaq ki, şəhərdəki etirazlar zamanı 2,7 mindən çox insan saxlanılıb. Komendant saatı Los-Ancelesdə mayın 30-dan iyunun 4-dək qüvvədə olub.

May ayının sonundan bəri Corc Floydun polis tərəfindən saxlanılarkən zor tətbiq edilməsi və daha sonra ölməsi ilə bağlı Amerikanın bir çox iri şəhərlərində iğtişaşlarla müşahidə olunan etiraz aksiyaları keçirilib. Bundan sonra 40-dan çox şəhərdə komendant saatı tətbiq edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CorcFloyd  





Xəbər lenti