Zelenski koronavirusa yoluxmaq istəyir

Zelenski koronavirusa yoluxmaq istəyir
  09 İyun 2020    Oxunub:3365
Ukrayna Prezidenti Vladimir Zelenski cəmiyyətin COVİD-19-la mübarizəsini asanlaşdırmaq üçün koronavirusa yoluxmaq istəyib.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski müsahibəsində deyib. O bildirib ki, bununla insanlara xəstələyin nə qədər təhlükəli olduğunu göstərməyə çalışıb.

“Mən öz yaxınlarıma dedim ki, koronavirusa yoluxum və məni izolyasiya etsinlər. Bunu normal yaşayım. İnsanlar başa düşsünlər ki, qorxuludur, sən yoluxa bilərsən və özünü pis hiss edə bilərsən. Həmçinin insanlar başa düşsünlər ki, bu vəba deyil və depressiyaya düşməsinlər. Xəstəliyə yoluxmanın əvvəllərində hamı qorxurdu və düşünürdülər ki, öləcəklər", - deyə Zelenski vurğulayıb.

Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti