İstefa verən erməni məmurların yerinə yeni təyinatlar

 İstefa verən erməni məmurların yerinə yeni təyinatlar
  08 İyun 2020    Oxunub:2757
Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra yeni təyinatlar barədə açıqlama verib.
Azvision.az xəbər verir ki, bu barədə o, "Facebook"da yazıb.

Paşinyanın sözlərinə görə, Onik Qasparyan Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi, Arqişti Kyaramyan Milli Təhlükəsizlik Xidmətinin direktoru olacaq. Polis rəisi vəzifəsinə isə Vaqe Kazaryan nəzərdə tutulub.

Məlumatda bildirilbi ki, baş nazir prezidentə Martirosyan və Davtyanı vəzifədən uzaqlaşdırmağı təklif edib. Davtyanın komandadan çıxarılmasının səbəbi dünən karantin qaydalarını pozaraq oğluna toy etməsi olub.

Martirosyana, eləcə də polis rəisi Arman Sarkisyana gəldikdə isə onlar baş nazirin karantin tədbirlərini təmin etmək üçün verdiyi tapşırıqları lazımınca yerinə yetirməyiblər.

Qərarlar konstitusiyanın tələb etdiyi kimi prezident Armen Sarkisyan tərəfindən müvafiq fərmanlar imzalandıqdan sonra qüvvəyə minəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VaqeKazaryan  





Xəbər lenti