“ABŞ əkdiyini biçir” - Rusiyadan etirazlara münasibət

 “ABŞ əkdiyini biçir”  - Rusiyadan etirazlara münasibət
  07 İyun 2020    Oxunub:4601
"Son günlər kütləvi iğtişaşların yaşandığı ABŞ dünyada irəli sürdüyü və başqa ölkələrdə sabitliyin pozulmasına səbəb olan eyni tezislərin nəticələri ilə üz-üzə qaldı".
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-da baş verən etiraz aksiyalarını şərh edərkən deyib.

"Avropada və ABŞ-da baş verənlər əkdiyini biçərsən deməkdir. Onlar xaos yaradırdılar və özləri bununla qarşılaşdılar",- deyə Zaxarova bildirib.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə ciddi etirazlara səbəb olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti