Qırğızıstanda koronavirusa yoluxma sayı artdı

  07 İyun 2020    Oxunub : 2683
Qırğızıstanda koronavirusa yoluxma sayı artdı
Qırğızıstanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 2007-yə çatıb. Onlardan 395 nəfəri tibb işçisidir. İndiyədək 22 xəstə həyatını itirib.

Azvision.az

Teqlər: Koronavirus