Bir gündə 128 minə yaxın insan koronavirusa yoluxdu

   Bir gündə 128 minə yaxın insan koronavirusa yoluxdu
  07 İyun 2020    Oxunub:5939
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 127 950 nəfər yeni növ koronavirusa yoluxub, 5647 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 6 milyon 941 min 37 nəfərdir. İndiyədək 400 mindən çox insan pandemiyanın qurbanı olub.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti