"Twitter"in rəhbəri Trampın ittihamlarına cavab verdi
"Bu, qeyri-qanuni deyil. Video müəllif hüquqlarının pozulması barədə şikayət aldığımız üçün silindi", - deyə Dorsi "Twitter" hesabında yazıb.
Qeyd edək ki, "Twitter" mikrobloqu ABŞ Prezidenti Donald Trampın təşviqat qərargahının nümayişlərlə əlaqədar yaydığı videonu müəllif hüquqlarının pozulmasını əsas gətirərək bloklayıb. Yayılan videoda polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun portretləri və dinc etiraz aksiyaları əks olunub.
Tramp isə öz növbəsində "Twitter”i radikal solçu demokratların tərəfini saxlamaqda ittiham edib və bloklanmanı qanunsuz adlandırıb.
Şahanə Rəhimli
Azvision.az