Polis 7,3 ton narkotiki məhv etdi

Polis 7,3 ton narkotiki məhv etdi
  06 İyun 2020    Oxunub:3575
Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində 728 hektar sahədən yabanı halda bitmiş, çəkisi 5,3 ton olan 13700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Lənbəran kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton olan 4815 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti