Cəlilabadda intihara cəhdin qarşısı alındı

   Cəlilabadda intihara cəhdin qarşısı alındı
  06 İyun 2020    Oxunub:3524
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Cəlilabad rayonunda 1 nəfər rabitə dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti