Bakı Polisi vətəndaşlara müraciət etdi

   Bakı Polisi vətəndaşlara müraciət etdi
  06 İyun 2020    Oxunub:4381
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.
Azvision.az -ın məlumatına görə, BŞBPİ-nin əməkdaşları xüsusi səsgücləndiricilər vasitəsilə vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etmələri barədə çağırış edirlər.

Müracətdə deyilir: "Əziz vətəndaşlar, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar şənbə və bazar günlərində yaşayış yerini tərk etmək qadağan olunub. Ailənizin, yaxınlarınızın təhlükəsizliyini qorumaq üçün evdə qalın".

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində evdən çıxmaq qadağan edilib, bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Azvision.az



Teqlər: BŞBPİ  





Xəbər lenti