Azərbaycanlı tələbənin müsahibəsi mükafatlandırıldı

Azərbaycanlı tələbənin müsahibəsi mükafatlandırıldı
  13 Yanvar 2014    Oxunub:1443
Azərbaycanlı tələbənin Şimali Kipr Türk Respublikasının Prezidentindən götürdüyü müsahibə “Ən yaxşı müsahibə” nominasiyasına layiq görülüb.
Şimali Kiprin Yaxın Doğu Universiteti tərəfindən “Ən yaxşı müsahibə”, “Ən yaxşı xəbər” və “Ən yaxşı şəkil” müsabiqəsi keçirilib.

AzVision.az xəbər verir ki, Universitetin ictimai əlaqələr və reklamçılıq fakültəsinin azərbaycanlı tələbəsi Cəfər Mənsimi müsabiqəyə Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Əroğludan uğur mövzusunda götürdüyü müsahibə ilə qatılıb.

“Uğurun sirri” müsahibəsi “Ən yaxşı müsahibə” nominasiyasına layiq görülüb.


Teqlər:  





Xəbər lenti