ABŞ-da etirazçılara güc tətbiq edən polislər işdən çıxarıldı

ABŞ-da etirazçılara güc tətbiq edən polislər işdən çıxarıldı
  06 İyun 2020    Oxunub:3407
ABŞ-ın Nyu-York şəhərində etirazçılara qarşı güc tətbiq edən iki polis əməkdaşı xidmətdən uzaqlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə NBC telekanalı şəhərin polis rəisinə istinadən məlumat yayıb.

Bildirilir ki, polislərdən biri etirazçı qadını itələyərək yerə yıxıb, digəri isə nümayişçinin maskasını cırıb və üzünə bibər qazı atıb. Hər iki polis intizamsızlığa görə cəzalandırıla bilər.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə etirazlara səbəb olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Polis   Etiraz  





Xəbər lenti