Gəncədə karantini pozan çörək sexi aşkarlanıb

Gəncədə karantini pozan çörək sexi aşkarlanıb
  06 İyun 2020    Oxunub:3087
Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Azvision.az -a verilən məlumata görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağaları olan şəhərlər siyahısında Gəncə də var.

Azvision.az



Teqlər: Gəncə   DİN  





Xəbər lenti