Çində son sutkada 5 yeni yoluxma qeydə alındı

Çində son sutkada 5 yeni yoluxma qeydə alındı
  06 İyun 2020    Oxunub:3002
Çində son sutka ərzində koronavirusa beş yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, virusa yoluxan 5 nəfərdən 2-də xəstəlik simptomsuz aşkarlanıb, 2 xəstə sağalıb, ölən olmayıb.

Xatırladaq ki, Çində ümumilikdə 83 030 nəfər koronavirusa yoluxub, 78 329 xəstə sağalıb, hazırda xəstəxanalarda 67 nəfər var. Bu günədək ölüm sayı 4634-dür.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   yoluxma  





Xəbər lenti