Xaçmazda narkotik becərən şəxs tutuldu

Xaçmazda narkotik becərən şəxs tutuldu
  06 İyun 2020    Oxunub:3177
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a bildirilib ki, şöbə əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Şöhrət Quliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 41 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ş.Quliyev həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Azvision.az



Teqlər: Xacmaz  





Xəbər lenti