Özbəkistanda COVID-19-a yoluxma sayı artıb

Özbəkistanda COVID-19-a yoluxma sayı artıb
  06 İyun 2020    Oxunub:3826
Özbəkistanda son sutka ərzində daha 15 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 4022 nəfərə çatıb. Onlardan 759 nəfəri hazırda müalicə alır. Hazırda 10 xəstənin vəziyyəti ağırdır, 3 nəfər isə süni tənəffüs aparatına qoşulub

Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  





Xəbər lenti