COVID-19 reytinqi: Ermənistan İtaliyanı qabaqladı

  05 İyun 2020    Oxunub : 2758
  COVID-19 reytinqi:  Ermənistan İtaliyanı qabaqladı
Son 3 gündə Ermənistan bir milyon nəfər əhaliyə düşən COVID-19-a yoluxma sayına görə dünyada 28-ci yerdən 22-ci sıraya yüksəlib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İtaliya, (dünyada 24-cü yerdə, milyon nəfərə 3870 hal, ümumi yoluxma sayı 234 013), Birləşmiş Ərəb Əmirlikləri (26-cı yerdə, milyon nəfərə 3746 hal), eyni zamanda, 27-ci yerdə qərarlaşan İsveçrəni (hər milyon nəfərə 3576 yoluxma) qabaqlayır.

Belə ki, Ermənistanda artıq bir milyon insana düşən yoluxma sayı 3988 təşkil edir. Ermənistan, həmçinin milyon nəfər üzrə ölüm hallarının sayına görə dünyada 37-ci yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19