Ermənistanda maska taxmayanlara qarşı polis zorakılığı - VİDEO

Ermənistanda maska taxmayanlara qarşı polis zorakılığı -  VİDEO
  05 İyun 2020    Oxunub:7428
Ermənistanda polisin tibbi maska taxmayan vətəndaşlara qarşı zor tətbiq etməsinə dair görüntülər yayılıb.
Azvision.az xəbər verir ki, aktivist Manuel Manukyan bu barədə "Facebook" səhifəsində məlumat paylaşıb.

"İnsanlar, ayağa qalxın, bu, artıq qəbuledilməzdir. Onların ayağını kişinin boynuna necə qoyduğuna baxın. Onun əvəzinə hər birimiz ola bilərik, video material yeni çəkilib.
Hamını birləşməyə çağırıram. Bu polislər məsuliyyətə cəlb edilməlidirlər”, - deyə aktivist yazıb.



Pərvanə Sultanova
Azvision.az .


Teqlər: ManuelManukyan  





Xəbər lenti