Erməni məmuru istefaya məcbur edən səbəblər

 Erməni məmuru istefaya məcbur edən səbəblər
  05 İyun 2020    Oxunub:2791
Ermənistan Dövlət Gəlirlər Komitəsinin rəhbəri David Ananyanın istefa verməsinin səbəblərindən biri hakim “Vətəndaş razılaşması” partiyasının təzyiqləri olub.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd" nəşri yazıb.

Nəşrin məlumatına görə, Ananyanın getməsi komitənin işçiləri üçün də sürpriz olub.

"Paşinyanın partiyası Ananyandan narazı idi, onu əvvəlki hakimiyyətin tərəfdarlarını, oliqarxları cəzalandırmayan mülayim rəhbər hesab edirdilər. Onun “bütün hallarda təcrübəli mütəxəssislər, hətta əvvəlki hakimiyyətin dövründə işləyənlər də təcrübəsiz kadrlarla əvəz edilməməlidir” fikri “Vətəndaş razılaşma”sı partiyasının iclaslarında daim müzakirə olunub və buna görə də Ananyandan ciddi narazılıqlar olub", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, iyunun 4-də Ananyan "Facebook" səhifəsində vəzifəsindən istefa verdiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ananyan  





Xəbər lenti