Balakəndə 2,1 ton çətənə kolu məhv edilib

Balakəndə 2,1 ton çətənə kolu məhv edilib
  05 İyun 2020    Oxunub:2344
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, yabanı halda bitən və ümumi çəkisi 2 ton 150 kiloqram olan çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti