Türkiyədə COVID-19-dan ölənlərin sayı 4630-ya çatdı

Türkiyədə COVID-19-dan ölənlərin sayı 4630-ya çatdı
  05 İyun 2020    Oxunub:3211
Türkiyədə son sutka ərzində 21 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 988 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4630, yoluxanlar isə 167 410 nəfərə çatıb.

Türkiyədə indiyədək 131 778 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti