Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi

 Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi
  04 İyun 2020    Oxunub:2976
Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan istefa verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, istefa ərizəsini baş nazir Nikol Paşinyana təqdim edib.

“Mediada yayılan şayiələrə son qoymaq üçün bildirmək istəyirəm ki, bu gün işdən azad olmaq barədə ərizəmi təqdim etdim”, - Ananyan sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, David Ananyan 18 may 2018-ci ildə Dövlət Gəlirlər Komitəsinin rəhbəri vəzifəsinə təyin edilib. O, keçmiş baş nazir Karen Karapetyanın biznesdən gətirdiyi mütəxəssislərdən biridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti