Ermənistan parlamenti qarşısında etiraz aksiyası - VİDEO

 Ermənistan parlamenti qarşısında etiraz aksiyası -  VİDEO
  04 İyun 2020    Oxunub:3127
Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirilir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Erməni dəyərlərinin qorunması” ictimai təşəbbüsünün fəalları parlamentin təsdiqlədiyi Avropa Şurasının Lanzarote konvensiyasının prezident tərəfindən imzalanmasına etiraz ediblər.

Onlar parlament qarşısındakı meydanın girişində qapılara qollarını qandallayıblar.

Xatırladaq ki, konvensiya uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunmasını nəzərdə tutur.

Təşəbbüs qrupunun üzvü Aram Xanzadyanın sözlərinə görə, bu konvensiya "erməni mədəniyyəti və ənənələrinə ziddir".



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti