Latviyada fövqəladə vəziyyət rejimi ləğv edilir

Latviyada fövqəladə vəziyyət rejimi ləğv edilir
  04 İyun 2020    Oxunub:2910
Latviyada koronavirus pandemiyası səbəbiylə tətbiq olunan fövqəladə vəziyyət rejimi iyunun 9-da ləğv ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Krişyanis Karinış bəyan edib.

"İyunun 9-da Latviyada fövqəladə vəziyyətə son qoyulacaq, lakin bir sıra məhdudiyyətlər qalacaq", - deyə hökumət rəhbəri əlavə edib.

Hansı məhdudiyyətlərin qüvvədə qalacağı daha sonra açıqlanacaq.

Qeyd edək ki, martın 17-dən etibarən Latviyada COVID-19 infeksiyasının yayılmasına görə fövqəladə rejim tətbiq olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Latviya  





Xəbər lenti